“Fənərbağça” 1/4 final mərhələsinə vəsiqə qazanıb
14.03.2024 [23:47]
A+ A-
Konfrans Liqası: “Fənərbağça” 1/4 final mərhələsinə vəsiqə qazanıb
Bakı, 14 mart, AZƏRTAC
Konfrans Liqasında 1/4 final mərhələsinə yüksələn ilk üç komandanın adına aydınlıq gəlib.
Modern.az xəbər verir ki, Türkiyənin turnirdəki yeganə təmsilçisi "Fənərbağça" doğma meydanda Belçika təmsilçi "Union"la qarşılaşıb.
Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşsa da, İstanbul nəhəngi ilk oyunda rəqibini 3:0 hesabı ilə məğlub etdiyi üçün adını 1/4 finala yazdırıb.
Dörddəbir finala çıxan digər komandalar isə "Fiorentina" (İtaliya ) və PAOK-dur (Yunanıstan).