AZ

"Fənərbağça" 1/4 finala yüksəlib, Mahir Emrelinin komandası mübarizəni dayandırıb

Türkiyənin "Fənərbağça" klubu UEFA Konfrans Liqasında 1/4 final mərhələsinə vəsiqə qazanıb. SİA-nın məlumatına görə, İstanbul təmsilçisi 1/8 finalın cavab oyununda Belçikanın “Yunion” kollektivini qəbul edib.

Qarşılaşma rəqibin qələbəsi ilə bitib - 1:0. "Fənərbağça" səfərdəki qalibiyyət (3:0) sayəsində növbəti raunda yüksəlib.

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın "Dinamo" klubu turnirdə mübarizəni dayandırıb.

İlk görüşdə qələbə qazanan (2:0) Zaqreb təmsilçisi Yunanıstanda PAOK-a böyük hesabla uduzub - 1:5.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
246
1
sia.az

10Mənbələr