AZ

"Fənərbağça" Konfrans Liqasında 1/4 finalda!

Konfrans Liqasında 1/4 final mərhələsinə yüksələn ilk üç komandanın adına aydınlıq gəlib.

Axar.az xəbər verir ki, Türkiyənin turnirdəki yeganə təmsilçisi "Fənərbağça" doğma meydanda Belçika təmsilçi "Union"la qarşılaşıb.

Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşsa da, İstanbul nəhəngi ilk oyunda rəqibini 3:0 hesabı ilə məğlub etdiyi üçün adını 1/4 finala yazdırıb.

Dörddəbir finala çıxan digər komandalar isə "Fiorentina" (İtaliya ) və PAOK-dur (Yunanıstan).

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
239
5
axar.az

10Mənbələr