RU

450 bağçada monitorinq aparılacaq

Bu ilin sonunadək 450 bağçada qida təhlükəsizliyi və sanitar-gigiyena qaydalarının icra vəziyyəti yoxlanılacaq.

Sabahinfo.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov deyib.

Onun sözlərinə görə, bu gün ölkədə 100 mindən çox uşaq ənənəvi bağçalarda təhsil alır.

E. Bağırov qeyd edib ki, son iki il ərzində bağçalara 700-ə yaxın yeni tərbiyəçi müəllim, 79 nəfər isə müdir təyin olunub:

"Məktəbəqədər təhsil müəssisələrində kadr potensialının yaxşılaşdırılması əsas hədəflərdəndir. Bu istiqamətdə tədbirlər həyata keçirilir. Son 2 ildə mərkəzləşmiş qaydada bağmalara təyin olunan tərbiyəçi müəllimlərin sayı 677 nəfərdir. Yeni təyin olunan bağça müdirlərinin sayı isə 79 nəfərdir".

Избранный
7
10
sabahinfo.az

10Источники