AZ

450 bağçada yoxlama olacaq

"Bu ilin sonunadək 450 bağçada qida təhlükəsizliyi və sanitar-gigiyena qaydalarının icra vəziyyəti yoxlanılacaq". 

"Cebheinfo.az" xəbər verir ki,  bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, bu gün ölkədə 100 mindən çox uşaq ənənəvi bağçalarda təhsil alır.

O qeyd edib ki, son iki il ərzində bağçalara 700-ə yaxın yeni tərbiyəçi müəllim, 79 nəfər isə müdir təyin olunub:

"Məktəbəqədər təhsil müəssisələrində kadr potensialının yaxşılaşdırılması əsas hədəflərdəndir. Bu istiqamətdə tədbirlər həyata keçirilir. Son iki ildə mərkəzləşmiş qaydada bağçalara təyin olunan tərbiyəçi müəllimlərin sayı 677 nəfərdir. Yeni təyin olunan bağça müdirlərinin sayı isə 79 nəfərdir".

MÜTDA rəhbəri vurğulayıb ki, məktəbəqədər təhsil müəssisələrində sanitariya-gigiyena və qida təhlükəsizliyi ilə bağlı tələblərə riayət olunub-olunmamasına dair monitorinqin aparılması nəzərdə tutulur:

"Bu ilin sonunadək paytaxt və bölgələrdə 450 bağçada sanitariya-gigiyena qaydalarının və qida təhlükəsizliyinin təmin olunması ilə bağlı fəaliyyətlərin icrası gözlənilir. Bununla yanaşı, agentlik tərəfindən müntəzəm olaraq monitorinqlər təşkil edilir".

Seçilən
5
10
cebheinfo.az

10Mənbələr