ABŞ Gürcüstan hökumətinə ölkədə keçirilən parlament seçkilərindən sonra hazırkı kursun “sonrakı nəticələri” barədə xəbərdarlıq edib. Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller keçirdiyi brifinqdə deyib. SİTAT: “Gürcüstan hökumətinin kursu dəyişməsə, gələcək nəticələri istisna edə bilmərik”. Vaşinqton vurğulayır ki, inzibati resurslardan sui-istifadə, rüşvətxorluq və seçicilərin hədələnməsi kimi faktlar “qeyri-bərabər oyun meydanı” yaradıb və seçki prosesinə “ictimai və beynəlxalq etimadı” sarsıdıb.
Dövlət Departamenti bütün bildirilən pozuntuların tam araşdırılmasını tələb edir. “Biz Gürcüstan hakimiyyətini avtokratların bəyəndiyi siyasətləri gücləndirməkdənsə, Avro-Atlantik icma ilə hansı münasibət qurmaq istədikləri barədə düşünməyə çağırırıq”, - Miller deyib
Mətləb Salahov