EN

"Bu faktlar “qeyri-bərabər oyun meydanı” yaradıb" - ABŞ Gürcüstan hakimiyyətinə xəbərdarlıq etdi

Image

ABŞ Gürcüstan hökumətinə ölkədə keçirilən parlament seçkilərindən sonra hazırkı kursun “sonrakı nəticələri” barədə xəbərdarlıq edib. Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller keçirdiyi brifinqdə deyib. SİTAT: “Gürcüstan hökumətinin kursu dəyişməsə, gələcək nəticələri istisna edə bilmərik”. Vaşinqton vurğulayır ki, inzibati resurslardan sui-istifadə, rüşvətxorluq və seçicilərin hədələnməsi kimi faktlar “qeyri-bərabər oyun meydanı” yaradıb və seçki prosesinə “ictimai və beynəlxalq etimadı” sarsıdıb.
Dövlət Departamenti bütün bildirilən pozuntuların tam araşdırılmasını tələb edir. “Biz Gürcüstan hakimiyyətini avtokratların bəyəndiyi siyasətləri gücləndirməkdənsə, Avro-Atlantik icma ilə hansı münasibət qurmaq istədikləri barədə düşünməyə çağırırıq”, - Miller deyib

Mətləb Salahov





Chosen
10
50
baki-xeber.com

10Sources