RU

Salome Zurabişvili parlament seçkilərinin nəticələrini tanımaqdan imtina edib

Gürcüstan Prezidenti Salome Zurabişvili ölkədə keçirilən parlament seçkilərinin hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” Partiyasının qələbəsi ilə nəticələnməsinin total saxtakarlıq olduğunu açıqlayıb...

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə S.Zurabişvili brifinqdə bildirib.

“Bu gün burada ölkədə qalan yeganə müstəqil qurumun rəhbəri kimi demək istəyirəm ki, mən bu seçkiləri tanımıram”, - Zurabişvili bildirib.

"Biz çox qeyri-adi bir şeyin şahidi olduq. Bu, total saxtakarlıq, sizin səslərinizin total oğurlanması, seçkiləri saxtalaşdırmaq üçün bu və ya digər ölkələrdə gördüyümüz bütün vasitələrdən istifadə edilməsi idi", - o vurğulayıb.

Poliqon.info 

Избранный
5
19
poliqon.info

10Источники