AZ

Zurabişvili seçkinin nəticələrini tanımadı, aksiya təyin etdi

Gürcüstan prezidenti Salome Zurabişvili ölkədə keçirilən parlament seçkilərinin hakim Gürcü arzusu-Demokratik Gürcüstan Partiyasının qələbəsi ilə nəticələnməsinin total saxtakarlıq olduğunu açıqlayıb.

"Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Zurabişvili brifinqdə bildirib.

"Bu gün burada ölkədə qalan yeganə müstəqil qurumun rəhbəri kimi demək istəyirəm ki, mən bu seçkiləri tanımıram”, deyə Zurabişvili bildirib.

Prezident seçklərin nəticəsini tanımayıb:

"Biz çox qeyri-adi bir şeyin şahidi olduq. Bu, total saxtakarlıq, sizin səslərinizin total oğurlanması, seçkiləri saxtalaşdırmaq üçün bu və ya digər ölkələrdə gördüyümüz bütün vasitələrdən istifadə edilməsi idi".

Zurabişvili ölkə sakinlərini bazar ertəsi Tiflisdə parlament binası qarşısında parlament seçkilərinin nəticələrinə etiraz etməyə çağırıb.

Brifinqdə çıxış edən Zurabişvili aksiyanın dinc xarakter daşıyacağını qeyd edib.

"Sabah axşam saat 7-də (Bakı vaxtı ilə saat 19:00-red) hamınızı Rustaveli prospektinə dəvət etmək istəyirəm ki, biz birlikdə dünyaya və özümüzə bu seçkiləri tanımadığımızı bəyan edək”.
Seçilən
5
13
qaynarinfo.az

10Mənbələr