RU

Gürcüstanda parlament seçkiləri: Seçici fəallığı 50,6% təşkil edib - YENİLƏNİB

Gürcüstanda keçirilən parlament seçkilərində saat 17:00-da (Bakı vaxtı ilə 17:00) seçicilərin 50,6%-i iştirak edib.

“Far.Az” xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.

2020-ci il parlament seçkilərində bu vaxta qədər seçici fəallığı 45,77% idi.

Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri keçirilir. Belə ki, ölkədə 3111 seçki məntəqəsi açılıb. Bunlardan 3044-ü Gürcüstandadır. Qalan 67-si isə xarici ölkələrdədir. Bu seçkilərdə 3 508 294 seçici (95 910 nəfəri xarici ölkələrdə) səs verə biləcək. Səsvermə saat 20:00-da başa çatacaq.

11:09

Gürcüstanda bu gün keçirilən parlament seçkiləri ilə bağlı səsvermənin ilk iki saatında seçici fəallığı 9,27% təşkil edib.

"Far.Az"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan MSK məlumat yayıb.

Artıq 324 197 nəfər səs verib.

Избранный
12
44
far.az

10Источники