AZ

Gürcüstanda seçkilərin eksitpol nəticələri açıqlandı - Yenilənir

20:24

Gürcüstanda parlament seçkilərinin eksitpol nəticələri açıqlanıb.

Olaylar.az APA-ya istinadən bildirir ki, "Gorbi" təşkilatının apardığı sorğuya əsasən hakim Gürcü Arzusu partiyası 56,1 % səs toplayıb.

"Edison Research" təşkilatının apardığı sorğuya görə isə hakim partiya 40,9% səs toplaya bilib.

"Harris X" isə Gürcü Arzusunun 42% səs topladığını açıqlayıb.

--------
20:18

Gürcüstanda keçirilən parlament seçkilərində səsvermə başa çatıb.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, seçki məntəqələri yerli vaxtla saat 20:00-da bağlanıb.

Qeyd edək ki, Gürcüstanda ümumilikdə 3 508 294 vətəndaş, o cümlədən 95 910 nəfər xaricdə səsvermə hüququna malik olub.

Səsvermə prosesini 64 beynəlxalq və 102 yerli təşkilatın nümayəndələri müşahidə edib.

Bu il ilk dəfə parlament üzvləri tamamilə proporsional sistem əsasında, partiya siyahılarına görə seçiləcək. Parlamentdə yer əldə etmək üçün partiyalar ən azı 5 faiz səs toplamalıdır.

Seçkilərdə ümumilikdə 18 partiya iştirak edir, onlardan beşi koalisiya yaradıb.

Parlament seçkilərində ilk dəfə elektron səsvermə sistemi də tətbiq ediləcək. Müasir texnologiyalar sayəsində seçki məntəqələri bağlandıqdan bir saat sonra bülletenlərin 90 faizdən çoxunun sayılması və nəticələrin açıqlanması gözlənilir.

-------------
08:12


Gürcüstanda parlament seçkilərində səsvermə başlayıb.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, Gürcüstanda seçki məntəqələri yerli vaxtla saat 08:00-da açılıb, saat 20:00-da bağlanacaq.

Ümumilikdə 3 milyon 508 min 294 vətəndaş, o cümlədən, 95 min 910 nəfər xaricdə yaşayan vətəndaş səsvermə hüququna malikdir. Bu parlament seçkiləri üçün ölkə ərazisində 3 111 seçki məntəqəsi, o cümlədən, xaricdə 67 seçki məntəqəsi yaradılıb. Ölkədən kənarda yaşayan gürcülər 42 ölkənin 53 şəhərində səs verə bilərlər.

Səsvermə prosesini 64 beynəlxalq və 102 yerli təşkilatın nümayəndəsi müşahidə edəcək.

Bu il ilk dəfə olaraq parlament üzvləri yalnız partiya siyahıları əsasında proporsional sistemlə seçiləcək. Parlamentdə yer qazanmaq üçün partiyalar ən azı 5 faiz səs qazanmalıdır.

Seçkilərdə ümumilikdə 18 partiya iştirak edir, onlardan beşi koalisiya yaradıb.

İlk dəfə olaraq parlament seçkilərində də elektron səsvermə sistemindən istifadə olunacaq. Müasir texnologiya sayəsində seçki məntəqələri bağlandıqdan sonra bir saat ərzində bülletenlərin 90 faizdən çoxunun hesablanması və nəticələrin açıqlanması gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
4
3
olaylar.az

10Mənbələr