RU

Keçmiş məhkumlar yenidən həbsxana yolunda - yük maşınını qaçırdılar - FOTO

Cəbrayıl rayonunun Əmirvarlı kəndi ərazisindən "Shacman" markalı yük maşınının qaçırmaqda şübhəli bilinən şəxslər saxlanılıb.

Bu barədə Milli.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən şəxslər, əvvəllər məhkum olunan Eldar Babayev və Elçin İsmayılov saxlanılıblar:

"Onlar avtomobili qazanc əldə etmək məqsədi ilə qaçırdıqlarını bildiriblər. Faktla bağlı cinayət işi başlanılıb, adıçəkilənlər barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir".

Избранный
8
20
musavat.com

10Источники