RU

Dünyanın ən utancaq insanı: Cəmi bir neçə saniyəyə qıpqırmızı qızarır

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Çində bəlkə də planetin ən utancaq insanı ola biləcək gənc aşkar edilib. O, cəmi bir neçə saniyə ərzində o qədər qızarır ki, çuğundur rəngini alır.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə sosial şəbəkələrdə maraqlı görüntülər yayılıb.
Kadrlar dostları ilə oyun zamanı çəkilib. Videodan aydın olur ki, o, oyunun şərtlərinə uyğun qızın ağzından şirniyyatın qalan hissəsini almalıdır, ancaq bu fikir belə onun qıpqırmızı qızarmasına səbəb olur. Sonra o, uşaqlardan uzaqlaşır.
Görüntülər sosial şəbəkələrdə böyük maraqla qarşılanıb. İstifadəçilər onun ən sürətli utanma reaksiyasına görə "Ginnesin Rekordlar Kitabı"na düşə biləcəyini vurğulayıblar.
Избранный
7
50
oxu.az

10Источники