AZ

Alimlər Şimali Avropa ölkələrini fəlakət barədə xəbərdarlıq etdilər: İlk zərbə hara dəyəcək?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Planetin 44 aparıcı iqlimşünası Şimali Avropa ölkələrinin liderlərinə Atlantik okeanının əsas cərəyanlarının kollapsı səbəbindən qaçılmaz fəlakət barədə xəbərdarlıq edib.
Oxu.Az-ın mk.ru-ya istinadla verdiyi məlumata görə, bununla bağlı alimlər açıq məktub ünvanlayıblar.
Mütəxəssislər hesab edirlər ki, xüsusilə Danimarka, İsveç, Norveç, İslandiya və Finlandiya risk altındadır. Bu ölkələrdə əhəmiyyətli soyuma və ekstremal hava hadisələrinin tezləşməsi gözlənilir. Regionda xüsusilə kənd təsərrüfatı və balıqçılıq təhlükə altına düşə bilər.
Alimlər qeyd edirlər ki, Atlantik okeanının axın sistemindəki dəyişikliklər təkcə Şimali Avropa üçün deyil, dünyanın digər regionları üçün də ciddi nəticələrə səbəb ola bilər.
Sənəddə tropik musson sistemlərinin cənuba doğru sürüşə biləcəyi və planetin digər hissələrində problemlər yarada biləcəyi istisna edilmir.
Seçilən
4
50
oxu.az

10Mənbələr