Hindistanın Baş naziri Narendra Modi Rusiya Prezidenti Vladimir Putini 2025-ci ildə ölkənin paytaxtı Dehliyə dəvət edib.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə RİA Novosti Hindistan Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Məlumata görə, prezident Putin 23-cü Rusiya-Hindistan illik sammitində iştirak üçün dəvət olunub.
Hindistan XİN sammitin 2025-ci ildə keçirilməsi üçün hazırlıqların davam etdiyini təsdiqləyib.
Qeyd edək ki, Modi və Putin 22 oktyabr 2024-cü ildə Kazanda keçirilən BRICS sammiti çərçivəsində artıq ikinci dəfə görüşüblər. Bundan əvvəl liderlər iyul ayında Moskvada 22-ci illik sammitdə görüşmüşdülər.
Modi həmçinin "X" hesabında Kazandakı BRICS sammiti zamanı Putinlə görüşündə ikitərəfli tərəfdaşlığın gücləndirilməsini müzakirə etdiklərini bildirib.