AZ

Modi Putini Hindistana dəvət edib

Hindistanın Baş naziri Narendra Modi Rusiya Prezidenti Vladimir Putini 2025-ci ildə ölkənin paytaxtı Dehliyə dəvət edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə RİA Novosti Hindistan Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Məlumata görə, prezident Putin 23-cü Rusiya-Hindistan illik sammitində iştirak üçün dəvət olunub.

Hindistan XİN sammitin 2025-ci ildə keçirilməsi üçün hazırlıqların davam etdiyini təsdiqləyib.

Qeyd edək ki, Modi və Putin 22 oktyabr 2024-cü ildə Kazanda keçirilən BRICS sammiti çərçivəsində artıq ikinci dəfə görüşüblər. Bundan əvvəl liderlər iyul ayında Moskvada 22-ci illik sammitdə görüşmüşdülər.

Modi həmçinin "X" hesabında Kazandakı BRICS sammiti zamanı Putinlə görüşündə ikitərəfli tərəfdaşlığın gücləndirilməsini müzakirə etdiklərini bildirib.

Seçilən
21
iqtisadiyyat.az

1Mənbələr