RU

Biz seçkilərdə qalib gələcəyik və ölkədə sabitlik bərqərar olunacaq

“Biz seçkilərdə qalib gələcəyik və ölkədə sabitlik bərqərar olunacaq. Gürcüstan xalqı oktyabrın 27-dən etibarən öz evlərində sakit yatacaqlar”. SİA xəbər verir ki, bu sözləri hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvili “Imedi” televiziya kanalına müsahibəsində söyləyib.

O deyib: “Mən hadisələri qabaqlayıb sizə deyirəm ki, seçki günü fövqəladə heç nə baş verməyəcək, seçkilərdən sonrakı ikinci gün çox sakit keçəcək. Lakin burada vurğulamaq istəyirəm ki, hər növbəti günü şərti olaraq “ikinci gün” adlandırmaq olar. Ona görə də biz ehtiyatlı olmalıyıq. Çünki qarşıdakı vaxtlarda çox gərgin geosiyasi vəziyyət yaranacaq. Buna görə çox diqqətli olmalıyıq”, – deyə, B.İvanişvili vurğulayıb.

Избранный
7
1
sia.az

2Источники