AZ

Bidzina İvanişvili: Biz seçkilərdə qalib gələcəyik və ölkədə sabitlik bərqərar olunacaq

Bidzina

Tbilisi, 22 oktyabr, AZƏRTAC

“Biz seçkilərdə qalib gələcəyik və ölkədə sabitlik bərqərar olunacaq. Gürcüstan xalqı oktyabrın 27-dən etibarən öz evlərində sakit yatacaqlar”.

AZƏRTAC xəbər verir ki, bu sözləri hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvili “Imedi” televiziya kanalına müsahibəsində söyləyib.

O deyib: “Mən hadisələri qabaqlayıb sizə deyirəm ki, seçki günü fövqəladə heç nə baş verməyəcək, seçkilərdən sonrakı ikinci gün çox sakit keçəcək. Lakin burada vurğulamaq istəyirəm ki, hər növbəti günü şərti olaraq “ikinci gün” adlandırmaq olar. Ona görə də biz ehtiyatlı olmalıyıq. Çünki qarşıdakı vaxtlarda çox gərgin geosiyasi vəziyyət yaranacaq. Buna görə çox diqqətli olmalıyıq”, – deyə, B.İvanişvili vurğulayıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

 

Seçilən
35
31
azertag.az

10Mənbələr