RU

Yasamalda magistral yolun kənarında ağacəkmə aksiyası keçirilib

Yasamalda
Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə paytaxtın Yasamal rayonunda magistral yol kənarındakı boş ərazidə ağacəkmə aksiyası keçirilib. Bu barədə 1news.az-a İcra Hakimiyyətindən məlumat verilib.
Paytaxtda yaşıllıq zolaqlarının artırılması, ekoloji tarazlığın bərpası və ətraf mühitin mühafizəsi istiqamətində işlərə töhfə olaraq Bakı şəhərində quraqlığa davamlı bitkilərin, yerli iqlimə uyğun ağac və kolların əkilməsi işləri aparılır. Bu gün keçirilən aksiya çərçivəsində icra qurumlarının əməkdaşları tərəfindən iqlim şəraitinə uyğun olaraq seçilmiş Eldar şamları əkilib.

Aksiya Bakı şəhərinin bütün rayonlarında keçirilir və mövsüm ərzində paytaxtda yeni ağac, kol və güllərin əkilməsi, yaşıllıqlara qulluq və abadlıqla bağlı tədbirlər davam etdiriləcək.

Избранный
4
21
1news.az

10Источники