AZ

Paytaxtda kütləvi ağacəkmə aksiyaları davam edir

Prezident İlham Əliyevin Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında sərancamının icrası ilə əlaqədar oktyabrın 21-də Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə paytaxtın Yasamal rayonunda magistral yol kənarındakı boş ərazidə ağacəkmə aksiyası keçirilib.

Paytaxtda yaşıllıq zolaqlarının artırılması, ekoloji tarazlığın bərpası və ətraf mühitin mühafizəsi istiqamətində işlərə töhfə olaraq Bakı şəhərində quraqlığa davamlı bitkilərin, yerli iqlimə uyğun ağac və kolların əkilməsi işləri aparılır.

Bu gün keçirilən aksiya çərçivəsində icra qurumlarının əməkdaşları iqlim şəraitinə uyğun olaraq seçilmiş Eldar şamları əkib. Aksiya Bakı şəhərinin bütün rayonlarında keçirilir və mövsüm ərzində paytaxtda yeni ağac, kol və güllərin əkilməsi, yaşıllıqlara qulluq və abadlıqla bağlı tədbirlər davam etdiriləcəkdir. vakansiya


Telegram kanalımız
Seçilən
1
20
yenisabah.az

10Mənbələr