RU

“Turan Tovuz”dan əzmkar qələbə - Video

Azərbaycan Premyer Liqasının X turun son oyununda “Sumqayıt” “Turan Tovuz”u qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan matç qonaqların 4:2 hesablı qələbəsi ilə bitib.

Kurban Berdıyevin rəhbərlik etdiyi klub xallarının sayını 21-ə çatdıraraq turnir cədvəlində 2-ci sıraya yüksəlib. “Sumqayıt” isə 7 xalla 9-cu pillədə qalıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Qarabağ” “Kəpəz”i 5:0, “Araz-Naxçıvan” “Şamaxı”nı 1:0, “Neftçi” isə “Səbail”i 3:1 hesabı ilə məğlub edib. “Zirə” – “Sabah” qarşılaşması 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Избранный
15
8
qafqazinfo.az

10Источники