AZ

"Turan Tovuz" səfərdə "Sumqayıt"a qalib gəlib

Azərbaycan Premyer Liqasının X turunun bağlanış oyununda \"Turan Tovuz\" səfərdə \"Sumqayıt\"a qalib gəlib.

AZXEBER.COM xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan matçda qonaq komanda 4:2 hesablı qələbəyə sevinib.

Görüşdə hesabı 16-cı dəqiqədə qərb təmsilçisindən Alexandro Serrano açıb. 25-ci dəqiqədə Otto Con qonaqların üstünlüyünü iki topa çatdırıb. 1 dəqiqə sonra isə tovuzlular Veysəl Rzayevin sayəsində üçüncü qolu vurub. Meydan sahibləri 32-ci dəqiqədə Nikola Vuynoviçin dəqiq zərbəsi sayəsində fərqi azaltsa da, 78-ci dəqiqədə adını tabloya yazdıran Aleks Souza \"Turan Tovuz\" növbəti qolunu vurub. Yekun hesabı isə \"gənclik şəhəri\" təmsilçisinin heyətində 87-ci dəqiqədə rəqib torunu silkələyən Kamran Quliyev təyin edib.

Bu qələbə sayəsində Kurban Berdıyevin rəhbərlik etdiyi klub xallarının sayını 21-ə çatdıraraq turnir cədvəlində 2-ci sıraya yüksəlib. \"Sumqayıt\" isə 7 xalla 9-cu pilləfə qalıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında \"Qarabağ\" \"Kəpəz\"i 5:0, \"Araz-Naxçıvan\" \"Şamaxı\"nı 1:0, \"Neftçi\" isə \"Səbail\"i 3:1 hesabı ilə məğlub edib. \"Zirə\" - \"Sabah\" qarşılaşması 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Seçilən
3
10
azxeber.com

10Mənbələr