Tovuz rayonunda yanğın hadisəsi baş verib.Reyting.az-ın məlumatına görə, hadisə Tovuzun Qovlar şəhərindəki şərab zavodunda qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.Hazırda yanğınla mübarizə tədbriləri davam etdirilir.Əlavə məlumat veriləcək.***Qovlar şəhərindəki zavodda baş vermiş yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən məhdudlaşdırılıb.Reyting.az xəbər verir ki, bunu FHN-nin Mətbuat xidmətindən bildiriblər.Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.