Tovuz rayonunda şərab zavodu yanır - (Yenilənib) - Video
Tovuz rayonunda yanğın hadisəsi baş verib.
Reyting.az-ın məlumatına görə, hadisə Tovuzun Qovlar şəhərindəki şərab zavodunda qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbriləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
***
Qovlar şəhərindəki zavodda baş vermiş yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən məhdudlaşdırılıb.
Reyting.az xəbər verir ki, bunu FHN-nin Mətbuat xidmətindən bildiriblər.
Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.