RU

Trabzon hava limanında sərnişindaşıma 3 milyon nəfərə yaxınlaşıb

Bakı. Trend:

2024-cü ilin sentyabr ayında Türkiyənin Trabzon Hava Limanınagələn sərnişinlərin sayında ötən ilin eyni dövrü ilə müqayisədədəyişim olmayıb. Bu dövrdə sərnişinlərin sayı 2 milyon 873 min 23nəfər olub.

Trend xəbərverir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastrukturNazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin sentyabr ayındahava limanının daxili reyslər üzrə sərnişin daşıma 2023-cü ilinanaloji dövrü ilə müqayisədə 4 faiz artaraq, 2 milyon 179 min 441nəfər, beynəlxalq reyslər üzrə isə 12 faiz azalaraq 693 min 582nəfər təşkil edib.

2024-cü ilin sentyabr ayında hava limanının yük daşınması2023-cü ilin eyni dövrü ilə müqayisədə 4 faiz azalaraq 30 min 495ton təşkil edib. Bununla yanaşı, 2024-cü ilin sentyabr ayında havalimanının daxili reyslər üzrə yük daşınması 2023-cü ilin eyni dövrüilə müqayisədə 1 faiz artaraq, 18 min 627 ton, beynəlxalq reyslərüzrə yük daşınması isə eyni dövrlə müqayisədə 11 faiz azalaraq, 11min 868 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2024-cü ilin sentyabr ayındahəyata keçirilən uçuşların sayı 2023-cü ilin sentyabr ayı iləmüqayisədə 6 faiz azalaraq, 20 min 468 olub. Bununla yanaşı, daxilireyslər üzrə yerinə yetirilən uçuşların sayı 4 faiz azalaraq 14 min147, beynəlxalq reyslər üzrə isə 10 faiz azalaraq 6 min 321olub.

Bu ilin sentyabr ayında Türkiyənin bütün hava limanlarındasərnişin daşınması 177 milyon 135 min 729 nəfər, yük daşınması isə3 milyon 712 min 255 ton təşkil edib.

Xatırladaq ki, 2023-cü ildə Türkiyənin bütün hava limanlarındasərnişin daşınması 117 milyon 929 min 163 nəfər, yük daşınması isə2 milyon 417 min 502 ton təşkil edib.

Избранный
22
31
az.trend.az

10Источники