AZ

Kayseri hava limanında sərnişindaşıma 1 milyon nəfəri keçib (ÖZƏL)

Bakı,TurkicWorld

2024-cü ilin sentyabr ayında Türkiyənin Kayseri Hava Limanına gələn sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 12 faiz arataraq, 1 milyon 976 min 243 nəfər olub.

Bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin sentyabr ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 2023-cü ilin analoji dövrü ilə müqayisədə 10 faiz artaraq, 1 milyon 551 min 766 nəfər, beynəlxalq reyslər üzrə isə 19 faiz artaraq 424 min 477 nəfər təşkil edib.

2024-cü ilin sentyabr ayında hava limanının yük daşınması 2023-cü ilin eyni dövrü ilə müqayisədə 16 faiz artaraq 23 min 693 ton təşkil edib. Bununla yanaşı, 2024-cü ilin avqust ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2023-cü ilin eyni dövrü ilə müqayisədə 14 faiz artaraq, 15 min 88 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 20 faiz artaraq, 8 min 605 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2024-cü ilin sentyabr ayında həyata keçirilən uçuşların sayı 2023-cü ilin sentyabr ayı ilə müqayisədə 4 faiz artaraq, 12 min 961 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 2 faiz artaraq, 10 min 17, beynəlxalq reyslər üzrə isə 12 faiz artaraq 2 min 944 olub.

Bu ilin sentyabr ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 177 milyon 135 min 729 nəfər, yük daşınması isə 3 milyon 712 min 255 ton təşkil edib.

Xatırladaq ki, 2023-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 117 milyon 929 min 163 nəfər, yük daşınması isə 2 milyon 417 min 502 ton təşkil edib.

Seçilən
16
31
turkic.world

10Mənbələr