RU

İsrail Suriyaya hücum etdi

Suriyanın Homs vilayətində Bəşər Əsəd rejiminin idarəçiliyi İranın dəstəklədiyi qruplara təhvil verdiyi Tedmur hava limanına hücum təşkil edilib.

"Cebheinfo.az" "AA"ya istinadən xəbər verir ki, saat 00:30 radələrində mənşəyi naməlum təyyarələr Homs vilayətinin şərqindəki Tedmur hərbi hava limanı və ətrafında yerləşən İranın dəstəklədiyi qruplara məxsus hərbi sursat anbarına çoxsaylı hava zərbələri endirib.

Eyni zamanda, saat 01:15 radələrində İranın dəstəklədiyi qrupların raket hazırlığı və istehsalı, sursat və hərbi təlim bazası olan Homsun şərqində yerləşən “T4” hərbi hava limanında partlayış səsləri eşidilib.

Hücumlarla bağlı nə İsrail rəsmiləri, nə də Suriya rejimi tərəfindən hələlik heç bir açıqlama verilməyib.

İsrail 2011-ci ildə vətəndaş müharibəsi başlayandan bəri Suriyada İranın dəstəklədiyi qruplaşmalara və Suriya ordusuna məxsus hərbi məntəqələrə vaxtaşırı hücumlar təşkil edir.

Избранный
17
1
cebheinfo.az

2Источники