AZ

Suriyada İrana məxsus hərbi hava limanına hücum edildi

Suriyanın Homs vilayətində Bəşər Əsəd rejimini İranın dəstəklədiyi qruplara təhvil verdiyi Tedmur Hərbi Hava Limanına hücum təşkil edilib.

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, saat 00.30 radələrində naməlum təyyarələr Homs vilayətinin şərqindəki Tedmur Hərbi Hava Limanı və ətrafında yerləşən hərbi sursat anbarına çoxsaylı hava zərbələri endirib.

Hücumlarla bağlı nə İsrail rəsmiləri, nə də Suriya rejimi tərəfindən hələlik heç bir açıqlama verilməyib.

Seçilən
2
1
modern.az

2Mənbələr