RU

“Malmö”dan cavab qolu - Yenilənir

style='margin-bottom:10px;'>

Bu gün UEFA Avropa Liqasının Liqa mərhələsində 2-ci turun oyunları keçirilir. 

QOL.az xəbər verir ki, turnirdəki təmsilçimiz “Qarabağ” öz meydanında İsveç çempionu “Malmö”nü qəbul edir. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunu Yunanıstandan olan hakimlər briqadası idarə edir. Matçın start fiti saat 20:45-də səslənib.

Həmçinin oxuyun: "Qarabağ", "Qalatasaray", "Fənərbaxça" və "Beşiktaş"ın oyunları bu kanallarda

İlk turdan sonra komandaların hər ikisi xalsızdır. Ağdam klubu ötən tur səfərdə “Tottenhem”ə (0:3), “Malmö” isə öz meydanında “Reyncers”ə uduzub (0:2). 

Yerli liqalara gəlincə, hazırda "Qarabağ" Azərbaycan çempionatında  (7 oyundan 18 xal), "Malmö" isə İsveç liqasında (25 matçdan 56 xalla) 1-ci yeri tutur.

Avropa Liqası, Liqa mərhələsi

II tur

3 oktyabr

20:45. “Qarabağ” (Azərbaycan) - “Malmö” (İsveç) - 1:1 (Birinci hissə)

Qollar: Olaviyo Juninyo, 15 (1:0), Erik Botheym, 20 (1:1)
Hakimlər: Anastasios Papapetru, Tryfon Petropoulos, İordanis Aptosoglou, Alexandros Tsakalidis 
VAR: Angelos Evangelou
AVAR: Athanasios Tzilos (hamısı Yunanıstan)
Tofiq Bəhramov adına Respublika stadionu

Избранный
6
13
teleqraf.com

10Источники