AZ

“Qarabağ” “Malmö”yə də uduzdu

Bu gün UEFA Avropa Liqasının Liqa mərhələsində 2-ci turun oyunları keçirilir.

SİA Qol.az-a istinadən xəbər verir ki, turnirdəki təmsilçimiz “Qarabağ” öz meydanında İsveç çempionu “Malmö”nü qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunu Yunanıstandan olan hakimlər briqadası idarə edib. Matç "Qarabağ"ın 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

Həmçinin oxuyun: "Qarabağ", "Qalatasaray", "Fənərbaxça" və "Beşiktaş"ın oyunları bu kanallarda

Qeyd edək ki, bu ana olan nəticələrə əsasən, 0 xalı olan “Qarabağ” 36 komanda arasında 34-cü yeri tutur.

Avropa Liqası, Liqa mərhələsi

II tur

3 oktyabr

20:45. “Qarabağ” (Azərbaycan) - “Malmö” (İsveç) - 1:2

Qollar: Olaviyo Juninyo, 15 (1:0), Erik Botheym, 20 (1:1), 47 (1:2)
Hakimlər: Anastasios Papapetru, Tryfon Petropoulos, İordanis Aptosoglou, Alexandros Tsakalidis
VAR: Angelos Evangelou
AVAR: Athanasios Tzilos (hamısı Yunanıstan)
Tofiq Bəhramov adına Respublika stadionu

Seçilən
4
7
sia.az

10Mənbələr