RU

Xaçmaz məktəbində insident: Şagird sinif yoldaşını bıçaqladı - Rəsmi AÇIQLAMA

Xaçmaz şəhərində 10-cu sinif şagirdinin həmyaşıdına xəsarət yetirməsi barədə məlumat yayılıb.

 

Quba-Xaçmaz Regional Təhsil İdarəsindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 1 oktyabr 2024-cü il tarixində saat 16:00 radələrində Xaçmaz şəhər  9 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi sinif yoldaşına evlərinin yaxınlığında aralarında yaranmış mübahisə zamanı xəsarət yetirib. 


Xəsarət almış şagird tibb müəssisəsinə yerləşdirilib, hazırda müalicəsi davam etdirilir.

 

"Xəsarət almış şagirdin fiziki və psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən izlənilir. 
Qeyd olunanlarla yanaşı, stressin idarə olunması, sağlam psixoloji mühitin bərpasını təmin etmək üçün məktəb rəhbərliyinə şagirdlər və pedaqoji heyətlə maarifləndirici söhbətlərin aparılması tapşırılıb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticələri aidiyyəti qurumlar tərəfindən ictimaiyyətə veriləcək.  Uşaqların yeniyetməlik dövru olduğunu, araşdırma prosesinin davam etdiyini nəzərə alaraq ictimaiyyətdən də bu mövzuda daha həssas davranmalarını, paylaşımlarda rəsmi qurumların açıqlamalarına istinad etməyi xahiş edirik", - açıqlamada qeyd olunub.

 

***

11:07

 

Xaçmaz rayonunda məktəbli bıçaqlanıb.

 

Modern.az-ın məlumatına görə, Xaçmaz şəhəri 9 saylı tam orta məktəbin 10-cu sinif şagirdi K.Orucov sinif yoldaşı A.Nəsrullayevə bıçaqla xəsarətlər yetirib. 

 

Xəsarət alan yeniyetmə xəstəxanaya yerləşdirilib.

 

Məlumata görə, hadisə məktəbdə baş verib.

 

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, oktyabrın 1-də saat 16 radələrində Xaçmaz rayonunda 2009-cu il təvəllüdlü A.Nəsrullayev 2008-ci il təvəllüdlü K.Orucova aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirib.Polis əməkdaşları tərəfindən əməli törədən şəxs saxlanılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Избранный
18
3
modern.az

10Источники