AZ

Daha bir bıçaqlanma hadisəsi...

 

Quba-Xaçmaz Regional Təhsil İdarəsi məktəblinin sinif yoldaşı tərəfindən bıçaqlanması ilə bağlı açıqlama yayıb. 

İdarədən APA-ya verilən açıqlamada bildirilib ki, oktyabrın 1-də saat 16:00 radələrində Xaçmaz şəhər 9 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi sinif yoldaşına evlərinin yaxınlığında aralarında yaranmış mübahisə zamanı xəsarət yetirib.

Xəsarət almış şagird tibb müəssisəsinə yerləşdirilib, hazırda müalicəsi davam etdirilir.

Xəsarət almış şagirdin fiziki və psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən izlənilir.

Qeyd olunanlarla yanaşı, stressin idarə olunması, sağlam psixoloji mühitin bərpasını təmin etmək üçün məktəb rəhbərliyinə şagirdlər və pedaqoji heyətlə maarifləndirici söhbətlərin aparılması tapşırılıb.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticələri aidiyyəti qurumlar tərəfindən ictimaiyyətə veriləcək.

***

11.08

Oktyabrın 1-də saat 16 radələrində Xaçmaz rayonunda 2009-cu il təvəllüdlü A.Nəsrullayev 2008-ci il təvəllüdlü K.Orucova aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirib.

Bu barədə APA-ya DİN Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Məlumata görə, yaralı xəstəxanaya yerləşdirilib. Polis əməkdaşları tərəfindən əməli törədən şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

***

10.58

Xaçmaz şəhərində bıçaqlanma olub.

APA-nın Şimal bürosu xəbər verir ki, hadisə Xaçmaz şəhəri 9 saylı tam orta məktəbdə baş verib. 10-cu sinif şagirdi K.Orucov sinif yoldaşı A.Nəsrullayevi bıçaqlayıb.

Xəsarət alan şəxs Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
1102
3
apa.az

10Mənbələr