AZ

Xaçmazda məktəbli sinif yoldaşını bıçaqlayıb - YENİLƏNİB

Xaçmazda sinif yoldaşını bıçaqlayan şagird saxlanılıb.

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan İqtisadiyyat.az-a bildirilib ki, oktyabrın 1-də saat 16:00 radələrində Xaçmaz rayonunda 2009-cu il təvəllüdlü A.Nəsrullayev 2008-ci il təvəllüdlü K.Orucova aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirib.

Yaralı xəstəxanaya yerləşdirilib.

Polis əməkdaşları tərəfindən əməli törədən şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

***

11.01

Xaçmaz şəhərində bıçaqlanma olub.

İqtisadiyyat.az APA-ya istinadən xəbər verir ki, hadisə Xaçmaz şəhəri 9 saylı tam orta məktəbdə baş verib. 10-cu sinif şagirdi Kənan Orucov sinif yoldaşı Ayxan Nəsrullayevi bıçaqlayıb.

Xəsarət alan şəxs Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
6
6
iqtisadiyyat.az

10Mənbələr