RU

Agentlik sədri: Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində hazırda 216 nəfər yaşayır

Bakı, 1 oktyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin ahıl şəxslər üçün sosial xidmət müəssisəsində hazırda 216 nəfər dövlət himayəsində yaşayır. Agentlik tərəfindən bu il tənha və əlilliyi olan 4366 şəxsə evlərində sosial-məişət xidmətləri göstərilib ki, onlardan 3980 nəfəri ahıl şəxslərdir.

AZƏRTAC xəbər verir ki, bu barədə Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov 1 Oktyabr - Beynəlxalq Ahıllar Gününə həsr edilən tədbirdə çıxışı zamanı deyib.

V.Behbudov bildirib ki, sosial xidmət müəssisəsində sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün tədbirlər, mədəniyyət mərkəzlərinə, müxtəlif istirahət mərkəzlərinə ekskursiyalar, gəzintilər təşkil olunur: “Həyata keçirilən layihələr çərçivəsində müəssisə sakinləri futbol və gimnastika məşğələlərinə cəlb edirlər. Son illər sosial xidmət sistemində yeni istiqamət kimi, ahıllar üçün günərzi qayğı mərkəzləri də yaradılıb. Hazırda Gəncə, Qazax və Xaçmaz rayonlarında üç belə qayğı mərkəzi fəaliyyət göstərir”.

Избранный
11
1
azertag.az

6Источники