AZ

Azərbaycanda nə qədər ahıl vətəndaş yaşayır...

BMT-nin Baş Məclisi tərəfindən 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı qəbul edilən Qətnaməyə uyğun olaraq, hər il oktyabrın 1-i Beynəlxalq Ahıllar Günü kimi qeyd olunur.

Azərbaycan Respublikasında “Sosial xidmət haqqında” Qanuna əsasən, yaşı 70-ə çatmış şəxslər ahıl hesab olunurlar.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Modern.az-a verilən məlumata görə, Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində hazırda 216 ahıl şəxs dövlət himayəsində yaşayır.
 

Bu müəssisədə son illərdə müasir tələblərə uyğun şərait yaradılıb, həmçinin 5 mərtəbəli 170 yerlik əlavə korpus istifadəyə verilib. Burada ahıl sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün tədbirlər, mədəniyyət mərkəzlərinə, müxtəlif istirahət mərkəzlərinə ekskursiyaları, gəzintiləri və s. təşkil olunur.

Həyata keçirilən layihələr çərçivəsində müəssisə sakinləri futbol və gimnastika məşğələlərinə cəlb edirlər. Artıq 2 ildir ki, ahıllar “Gimnastika hamı üçün” növü üzrə festivala qatılırlar və mükafatlar qazanırlar.

Agentlik tərəfindən bu il tənha və əlilliyi olan 4366 şəxsə evlərində sosial-məişət xidmətləri göstərilib ki, onlardan 3980 nəfəri ahıl şəxslərdir. Son illər sosial xidmət sistemində yeni istiqamət kimi, ahıllar üçün günərzi qayğı mərkəzləri də yaradılıb. Hazırda Gəncə, Qazax və Xaçmaz rayonlarında 3 belə günərzi qayğı mərkəzi fəaliyyət göstərir.

“Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023-2026-cı illər üçün Dövlət Proqramı”na əsasən ahıl şəxslərin ictimai faydalı fəaliyyətə cəlb edilməsi, bilik və bacarıqlarından məqsədyönlü istifadə edilməsi və s. ilə bağlı layihələr də həyata keçirilir.

Seçilən
7
4
modern.az

6Mənbələr