RU

Fransada bıçaqlanan Vidadi İsgəndərli xəstəxanada vəfat etdi

Hüquq müdafiəçisi Vidadi İsgəndərlinin Fransanın Müluz şəhərində xəstəxanada vəfat etdiyi bildirilir.
 
Bu barədə "Turan” agentliyinə onun qardaşı Oktay İsgəndərli məlumat verib.
 
Həkimlərin sözlərinə görə, qan itkisini dayandırmaq və normal nəfəs alma ssitemini bərpa etmək mümkün olmayıb.
 
Mərhumun dəfn mərasimi müvafiq məhkəmə-tibbi ekspertizadan sonra, təxminən bir həftə sonra baş tutacaq, deyə qardaşı bildirib.
 
Vidadi İsgəndərli sentyabrın 29-da Mülyuz şəhərində yaşadığı evdə naməlum şəxslərin hücumuna məruz qalıb.
 
Ona çoxsaylı bıçaq zərbələri vurulub.
 
Fransa polisi Vidadi İsgəndərlinin fiziki hücuma məruz qalması ilə bağlı hələ açıqlama verməyib.
 
Vidadi İsgəndərli 2022-ci il iyunun 16-da da Fransada eyni şəhərdə fiziki hücuma məruz qalıb.
 
O bildirib ki, qəfildən 10-12 nəfər silahlanmış insanlar onu öldürməyə cəhd ediblər.
 
O zaman polis müəyyən etmişdi ki, bu, yerli kriminal qrupların işidir.
 
 
Избранный
363
50
arqument.az

10Источники