AZ

Romada Fələstinə dəstək nümayişlərinin keçirilməsi qadağan edildi

Oktyabrın 5-də İtaliyanın paytaxtı Romada Fələstinə dəstək məqsədilə keçirilməsi planlaşdırılan nümayişlər qadağan edilib.

AZXEBER.COM İtaliyanın ANSA agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Naziri Matteo Piantedosinin sədrliyi ilə keçirilən İctimai Asayiş və Milli Təhlükəsizlik Komitəsinin iclasında bildirilib.

İclasda həmçinin İtaliyadakı yəhudi icmasının və bəzi sağçı siyasətçilərin sözügedən nümayişlərə qadağa qoyulmasını tələb etdiyi də bildirilib.
 
\"İstənilən hökumətə, istər İsrail hökumətinə, istərsə də Fələstin hökumətinə qarşı qanuni tənqid də daxil olmaqla, azad ifadənin bütün formalarına icazə verəcəyik, amma qırğınlara dözməyəcəyik\" - deyə daxili işlər naziri qeyd edib.

Xatırladaq ki, İtaliyada 2023-cü ilin oktyabr ayından etibarən Fələstinə dəstək nümayişləri keçirilsə də, 27 yanvar Beynəlxalq Holokostu Anma Günü ilə üst-üstə düşməsi səbəbilə həmin gün Fələstinə dəstək nümayişləri də yəhudi icmasının təzyiqi ilə qadağan edilib.
 
Həmin qadağaya baxmayaraq, minlərlə insan Romada toplaşaraq həm nümayişin qadağan edilməsinə, həm də İsrailin Qəzzaya hücumlarına etiraz edib.

Mikayıl
Seçilən
6
50
azxeber.com

10Mənbələr