AZ

"Biz Ukraynaya onun qələbəsinədək dəstək verəcəyik" - Bayden

"Biz yorula bilmərik. Biz gözlərimizi çəkə bilmərik və biz Ukraynaya dəstək verməkdən imtina etməyəcəyik..."
 
ABŞ prezidenti Co Bayden Ağ Evin rəhbəri vəzifəsində sonuncu dəfə BMT Baş Assambleyasının iclasında çıxış edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "gordonua.com" nəşri məlumat yayıb.
 
Bayden deyib ki, hazırda tarixin dönüş mərhələsidir və liderlərin qəbul etdiyi seçim onilliklərdən sonra gələcəyin necə olacağını müəyyən edəcək. Onun fikrincə, dünya birləşib və qətiyyətlə təcavüzə qarşı çıxır.
 
"Biz bu gün tüğyan edən münaqişələrə son qoyacağıq, biz iqlim dəyişikliyi, aclıq və xəstəliklər kimi qlobal problemlərin həllinə girişəcəyik", - Bayden bəyan edib və deyib ki, öz niqtində bu məsələlərin hər biri və dünyanın bunlarla bağlı hansı tədbirləri görməli olduğu üzərində dayanacaq.
 
"Rusiya Ukraynaya soxulanda biz kənarda dayanıb, sadəcə, etirazımızı və narahatlığımızı ifadə edə bilərdik. Lakin mən vitse-prezident Harrislə anlayırdıq ki, bu, BMT-nin müdafiə etməli olduğu hər şeyə qarşı hücumdur. Ona görə də mənim rəhbərliyim ilə Amerika bu çağırışa cavab olaraq təhlülkəsizlik sahəsində yardımı, iqtisadi və humanitar yardımı təmin etdik", - prezident davam edib.
 
Rusiyanın qeyri-legitim prezidenti Vladimir Putinin başladığı müharibənin əsas məqsədi iflasa uğrayıb, axı Kreml rəhbəri Ukraynanı məhv etmək istəyib, o isə indiyədək azaddır, Bayden deyib.
 
Putin həmçinin NATO-nu zəiflətmək istəyib, amma "NATO həmişəkindən daha böyük, daha güclü, daha sıx birləşib və öz sıralarına Finlandiya və İsveçin timsalında iki üzv qəbul edib", - Ağ Ev rəhbəri qeyd edib.
 
Bayden vurğulayıb ki, indi daha bir seçim etmək zamanıdır: qələbə qazanmağa və öz azadlığını qoruyub saxlamağa kömək etmək üçün Ukraynaya dəstəyi davam etdirmək, yoxsa "yan keçmək" və "Ukrayna millətinin məhvinə" yol vermək.
 
"Mən öz cavabımı bilirəm. Biz yorula bilmərik. Biz gözlərimizi çəkə bilmərik və Ukrayna qələbə qazanmayana və BMT Nizamnaməsinə əsaslanan uzunmüddətli sülhə nail olmayanadək biz Ukraynaya dəstəyimizdən imtina etməyəcəyik", - Amerika prezidenti əlavə edib və onun bu sözlərini Baş Assambleyanın zalında liderlər alqışlarla qarşılayıb.
Seçilən
11
50
moderator.az

10Mənbələr