RU

NİİM 8 Noyabr prospekti ilə bağlı müraciət edib - YENİLƏNİB

Xətai rayonu, 8 Noyabr prospekti ilə Süleyman Əhmədov küçəsinin kəsişməsində olan işıqforların işi bərpa olunub.

APA xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Hazırda prospektdən sürücü və piyadalar təhlükəsiz şəkildə yollarına davam edirlər.

Qeyd edilib ki, işıqforların işləməməsinə səbəb ərazidə elektrik təchizatının kəsilməsi olub.

***

11.12

Elektrik təchizatının kəsilməsi ilə əlaqədar hazırda paytaxtın Xətai rayonu, 8 Noyabr prospekti ilə Süleyman Əhmədov küçəsinin kəsişməsində olan işıqforlar işləmir.

APA xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Mərkəzin məlumatına görə, problemin qısa müddət ərzində aradan qaldırılması məqsədilə işlər görülür. Sürücülərdən işıqforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etmələri xahiş olunur.

Избранный
5
6
apa.az

10Источники