AZ

Sıradan çıxan işıqfor bərpa edildi - YENİLƏNİB

Avtosfer.az əbər verir ki, Xətai rayonu, 8 Noyabr prospekti ilə Süleyman Əhmədov küçəsinin kəsişməsində olan işıqforların işi bərpa olunub. Hazırda prospektdən sürücü və piyadalar təhlükəsiz şəkildə yollarına davam edirlər. Qeyd edək ki, işıqforların işləməməsinə səbəb ərazidə elektrik təchizatının kəsilməsi olub.
***

Elektrik təchizatının kəsilməsi ilə əlaqədar hazırda paytaxtın Xətai rayonu, 8 Noyabr prospekti ilə Süleyman Əhmədov küçəsinin kəsişməsində olan işıqforlar işləmir.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən  Avtosfer.az-a verilən məlumata görə, problemin qısa müddət ərzində aradan qaldırılması məqsədilə işlər görülür.

Sürücülərdən işıqforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etmələri xahiş olunur.

Seçilən
0
6
avtosfer.az

10Mənbələr