RU

Bu ərazidə işıq olmayacaq

Xırdalanın bir hissəsində işıq olmayacaq.

Olaylar.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Bildirilib ki, Abşeron RETSİ-nə (rayon enerji təchizatı və satışı idarəsi) daxil olan Xırdalan şəhərinin bir sıra ərazilərində 110/35/10 kV-luq "Əliağa Vahid" yarımstansiyasında həyata keçirilən təmir işləri ilə əlaqədar oktyabrın 1-də elektrik xətləri sifarişə əsasən açılacaq.

Bununla əlaqədar olaraq saat 09:00-dan saat 15:00-dək Quşçuluq yaşayış massivinin bir hissəsində, Şıxəli Qurbanov, Nizami küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
10
18
olaylar.az

10Источники