AZ

Bu ərazidə işıq olmayacaq

Xırdalanın bir hissəsində işıq olmayacaq.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Bildirilib ki, Abşeron RETSİ-nə (rayon enerji təchizatı və satışı idarəsi) daxil olan Xırdalan şəhərinin bir sıra ərazilərində 110/35/10 kV-luq "Əliağa Vahid" yarımstansiyasında həyata keçirilən təmir işləri ilə əlaqədar oktyabrın 1-də elektrik xətləri sifarişə əsasən açılacaq.

Bununla əlaqədar olaraq saat 09:00-dan saat 15:00-dək Quşçuluq yaşayış massivinin bir hissəsində, Şıxəli Qurbanov, Nizami küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
1
18
milli.az

10Mənbələr