RU

Azərbaycan Kubokunda yeni mövsümün püşkü atıldı

Azərbaycan kubokunda 2024/25 mövsümünün püşkü atılıb.

Fanat.Az xəbər verir ki, mərasim “Alov Qüllələri” kompleksinin “Fairmont” hotelinin “Nizami Gəncəvi” zalında baş tutub.

Tədbirdə Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş, iştirakçı klublar və media nümayəndələri iştirak ediblər. 

Azərbaycan kubokunun 2024/25 mövsümündə 34 komanda yarışacaq. Oktyabrın 12-13-də keçiriləcək I təsnifat mərhələsində II Liqanın 14 klubu mübarizə aparacaq.

Misli Premyer Liqasının 5, I Liqanın 10 klubu yarışa II təsnifat mərhələsindən başlayacaq. Ötən mövsümün 5 ən yaxşısı isə 1/8 finalı gözləyəcək.

Qeyd edək ki, kubokun sahibi 2025-ci il iyunun 1-də bəlli olacaq.

l təsnifat mərhələsi (12-13 oktyabr 2024-cü il)
1. “Sahdağ Qusar” – “Kür-Araz”
2. “Sheki Siti” - “Şəmkir”
3. “Dinamo” – “Füzuli”
4. “Lerik” – “Ağdaş”
5. “Şəfa” – “Saatlı-Araz”
6. “Göygöl” – “Hypers”
7. “Şimal” – “Qusar”

II təsnifat mərhələsi (29-30 oktyabr 2024-cü il)
8. 1-ci cütün qalibi – “Araz-Naxçıvan”
9. “Mingəçevir” – “Zaqatala”
10. “Şamaxı” – 2-ci cütün qalibi
11. “Qaradağ Lökbatan” – “Karvan”
12. 3-cü cütün qalibi – “Səbail”
13. “Qəbələ” – “Baku Sportinq”
14. 4-cü cütün qalibi – “Kəpəz”
15. “İmişli” – “Cəbrayıl”
16. 5-ci cütün qalibi – “Difai Ağsu”
17. “Turan Tovuz” – 6-cı cütün qalibi
18. MOİK – 7-ci cütün qalibi

1/8 final (3-4 dekabr 2024-cü il)
19. 8-ci cütün qalibi - 9-cu cütün qalibi
20. “Zirə” - 10-cu cütün qalibi
21. 11-ci cütün qalibi - 12-ci cütün qalibi
22. 13-cü cütün qalibi – “Qarabağ”
23. 14-cü cütün qalibi - 15-ci cütün qalibi
24. “Neftçi” - 16-cı cütün qalibi
25. 17-ci cütün qalibi – “Sabah”
26. “Sumqayıt” - 18-ci cütün qalibi

1/4 final (5 və 27 fevral 2025-ci il)
27. 19-cu cütün qalibi – 20-ci cütün qalibi
28. 21-ci cütün qalibi – 22-ci cütün qalibi
29. 23-cü cütün qalibi – 24-cü cütün qalibi
30. 25-ci cütün qalibi – 26-cı cütün qalibi

1/2 final (2 və 23 aprel 2025-ci il)
31. 27-ci cütün qalibi – 28-ci cütün qalibi
32. 29-cu cütün qalibi – 30-cu cütün qalibi

Final (1 iyun 2025-ci il)
33. 31-ci cütün qalibi – 32-ci cütün qalibi

Избранный
21
6
fanat.az

8Источники