AZ

Azərbaycan Kubokunun püşkü atılıb

Bu gün “Alov Qüllələri” kompleksinin “Fairmont” hotelində Azərbaycan Kuboku uğrunda yarışın 2024/2025-ci illər mövsümünün püşkü atılıb.
34 komandanın qatılacağı yarış II Liqada mübarizə aparan klubların iştirakı ilə birinci təsnifat mərhələsindən başlayacaq. Qalib komandalar növbəti raundda I Liqa və ötən mövsüm Misli Premyer Liqasının aşağı pillələrində qərarlaşan kollektivlərlə üz-üzə gələcəklər.
Növbəti – 1/8 final mərhələsində isə Premyer Liqanın digər komandaları mübarizəyə qoşulacaqlar. 1/4 final mərhələsindən etibarən oyunlarda ev-səfər prinsipi tətbiq olunacaq:
 
I təsnifat mərhələsi (12-13 oktyabr 2024-cü il)
1. “Sahdağ Qusar” – “Kür-Araz”
2. “Sheki Siti” - “Şəmkir”
3. “Dinamo” – “Füzuli”
4. “Lerik” – “Ağdaş”
5. “Şəfa” – “Saatlı-Araz”
6. “Göygöl” – “Hypers”
7. “Şimal” – “Qusar”
 
II təsnifat mərhələsi (29-30 oktyabr 2024-cü il)
8. 1-ci cütün qalibi – “Araz-Naxçıvan”
9. “Mingəçevir” – “Zaqatala”
10. “Şamaxı” – 2-ci cütün qalibi
11. “Qaradağ Lökbatan” – “Karvan”
12. 3-cü cütün qalibi – “Səbail”
13. “Qəbələ” – “Baku Sportinq”
14. 4-cü cütün qalibi – “Kəpəz”
15. “İmişli” – “Cəbrayıl”
16. 5-ci cütün qalibi – “Difai”
17. “Turan Tovuz” – 6-cı cütün qalibi
18. MOİK – 7-ci cütün qalibi
 
1/8 final mərhələsi (3-4 dekabr 2024-cü il)
19. 8-ci cütün qalibi – 9-cu cütün qalibi
20. “Zirə” -  10-cu cütün qalibi
21. 11-ci cütün qalibi - 12-ci cütün qalibi
22. 13-cü cütün qalibi – “Qarabağ”
23. 14-cü cütün qalibi - 15-ci cütün qalibi
24. “Neftçi” - 16-cı cütün qalibi
25. 17-ci cütün qalibi – “Sabah”
26. “Sumqayıt” – 18-ci cütün qalibi
 
Qeyd edək ki, 1/4 final mərhələsi 5-6 fevral, 27-28 fevral 2025-ci il, 1/2 final mərhələsi 2 aprel və 23 aprel 2025-ci il, final oyunu isə 1 iyun 2025-ci il tarixində keçiriləcək.
Seçilən
10
6
affa.az

8Mənbələr