RU

“Turan Tovuz” 100-ə çatdı, 32-ci oldu

2024/2025-ci illər mövsümünə uğurlu başlamış “Turan Tovuz” futbol üzrə Azərbaycan Premyer Liqasında 100-cü qolu vurub.

Arena.az xəbər verir ki, bu, 8-ci turun “Şamaxı” ilə matçına təsadüf edib.

2:2 hesabı ilə başa çatan səfər görüşündə sonuncu qolun müəllifi olan Kristian da Silva qonaqların yubiley topuna imza atıb.

Premyer Liqada 3-cü mövsümünü keçirən “Turan Tovuz” 100-cü qolu 80-ci oyununda vurub. Qərb təmsilçisinin orta məhsuldarlığı 1,25-ə bərabərdir. Tovuz klubu evdə 55, səfərdə 45 dəfə fərqlənib.

Qeyd edək ki, Tovuz təmsilçisi ölkə çempionatları tarixində 100 və daha çox qol vuran 32-ci komandadır.

Избранный
5
28
arena.az

10Источники