AZ

“Turan Tovuz”dan Azərbaycan Premyer Liqasında 100-cü qol

“Turan Tovuz” klubu Azərbaycan Premyer Liqasında 100-cü qolu vurub.

Rekord.az-ın Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən məlumatına görə, bu, 8-ci turun “Şamaxı” ilə matçına təsadüf edib.

2:2 hesabı ilə başa çatan görüşdə sonuncu qolun müəllifi olan Kristian da Silva qonaqların yubiley topuna imza atıb.

Premyer Liqada 3-cü mövsümünü keçirən “Turan Tovuz” 100-cü qolu 80-ci oyununda vurub. Qərb təmsilçisinin orta məhsuldarlığı 1,25-ə bərabərdir. Tovuz klubu evdə 55, səfərdə 45 dəfə fərqlənib.

Qeyd edək ki, “Turan Tovuz” ölkə çempionatları tarixində 100 və daha çox qol vuran 32-ci komandadır.

Seçilən
1
28
rekord.az

10Mənbələr