RU

Azərbaycan qılıncoynadanı Gürcüstanda bürünc medal qazanıb

Azərbaycanın yeniyetmə qılıncoynadanı Leyla Əhmədova Avropanın "Cadet Circuit" turnirinin Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən mərhələsində bürünc medal qazanıb.

Qılıncoynatma Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, son yarış günündə sablya növü üzrə yeniyetmə qızların şəxsi yarışında mükafatçılar müəyyənləşib.

Qrup mərhələsini 3 qələbə ilə başa vuran L.Əhmədova pley-offda Gürcüstan və Türkiyə təmsilçilərinə qalib gəlsə də, finalın bir addımlığında Yunanıstan sablyaçısına uduzub.

Yarımfinala finala yüksəlməklə bürünc medalı təmin edən Leyla turniri üçüncü sırada başa vurub.

Избранный
5
11
90deqiqe.az

10Источники