AZ

Qılıncoynadanımız beynəlxalq turnirdə bürünc medal qazandı

"Cadet Circuit" turnirinin Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən mərhələsində yeniyetmə qılıncoynadanımız Leyla Əhmədova bürünc medal qazanıb.

Bakıvaxtı.az xəbər verir ki, Son yarış günündə qılıncoynatmanın sablya növü üzrə yeniyetmə qızların şəxsi yarışında mükafatçılar müəyyənləşib.

Qrup mərhələsini 3 qələbə ilə başa vuran Leyla Əhmədova pley-offda Gürcüstan və Türkiyə təmsilçilərinə qalib gəlsə də, finalın bir addımlığında Yunanıstan sablyaçısına uduzub .
Yarımfinala finala yüksəlməklə bürünc medalı təmin edən Leyla turniri üçüncü sırada başa vurub .

Əli Hüseynov

Seçilən
0
11
bakivaxti.az

10Mənbələr