RU

Sabirabadda avtomobil piyadanı vuraraq ÖLDÜRDÜ

Sabirabadda yol-nəqliyyat hadisəsi zamanı piyada ölüb.

Avtosfer.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Qaragüney kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1979-cu il təvəllüdlü Məmmədov Rauf Fəxrəddin oğlu yolda gedərkən avtomobil onu vurub.

Qəza nəticəsində ağır bədən xəsarətləri alan piyada xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Избранный
6
11
avtosfer.az

10Источники