AZ

Sabirabadda avtomobil piyadanı vuraraq öldürüb

Sabirabadda yol-nəqliyyat hadisəsi zamanı piyada ölüb.

“Far.Az”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Qaragüney kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1979-cu il təvəllüdlü Məmmədov Rauf Fəxrəddin oğlu yolda gedərkən avtomobil onu vurub.

Qəza nəticəsində ağır bədən xəsarətləri alan piyada xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
1
11
far.az

10Mənbələr